AZ

Qaranlıqda çimməyin orqanizmə təsiri

Britaniyalı yuxu mütəxəssisləri axşam saatlarında zəif işıqda və ya ümumiyyətlə işıq yandırmadan duş qəbul etməyi tövsiyə edirlər.

 

Onların sözlərinə görə, ilıq su bədənin temperaturunun tədricən enməsini başladır ki, bu da orqanizm üçün istirahət vaxtının gəldiyini bildirən təbii siqnallardan biridir.

 

Bu zaman beyin daha tez “gecə rejiminə” keçir və melatonin hormonunun ifrazı artır.

 

Mütəxəssislər qeyd edirlər ki, bu cür axşam ritualı ciddi yuxusuzluğu müalicə etmir, lakin gərgin bir gündən sonra rahatlamağa və daha asan yuxuya getməyə kömək edə bilər./Axşam.az

Tarix: 28 Dekabr 2025, 18:11   
Seçilən
15
2
pravda.az

3Mənbələr