Unay Emerinin rəhbərliyi altında möhtəşəm mövsüm keçirən Aston Villa tarixi uğura imza atıb.
Fanat.Az xəbər verir ki, "Çelsi" üzərində qazanılan 2-1 hesablı qələbə ilə Birmingem təmsilçisi bütün turnirlər daxil olmaqla ardıcıl 11-ci qələbəsini qazanıb.
Bu nəticə ilə klub sonuncu dəfə 1914-cü ildə qeydə alınmış 111 illik rekordunu yeniləyib.
Hazırda Premyer Liqada üçüncü pillədə qərarlaşan komanda həm daxili çempionatda, həm də Avropa Liqasında inamlı çıxışını davam etdirir.
Kamil Xudiyev