"ChatGPT" neyroşəbəkəsini hazırlayan "OpenAI" şirkəti işə süni intellekt sahəsində təhlükəsizlik üzrə mütəxəssis götürməyi planlaşdırır.
"Unikal" xəbər verir ki, bu barədə şirkətin baş direktoru Sem Altman "X" sosial şəbəkə hesabında məlumat verib.
O bildirib ki, yeni əməkdaş süni intellekt sahəsində mümkün təhdidləri və onlarla mübarizə yollarını müəyyən edəcək.
"OpenAI" rəhbərinin sözlərinə görə, bəşəriyyət elə bir inkişaf mərhələsinə daxil olur ki, cəmiyyət neyroşəbəkələrdən qaynaqlanan riskləri daha dəqiq anlamalı və süni intellektin zəif tərəflərini aradan qaldırmalıdır.
Süni intellekt təhlükəsizliyi üzrə mütəxəssisin illik maaşı 555 min ABŞ dolları təşkil edəcək.