Yeniavaz portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Rusiya hökuməti ölkədən avtomobil benzininin ixracına qoyulan müvəqqəti qadağanın müddətini uzadıb.
Yeniavaz.com “İnterfax”a istinadən xəbər verir ki, hökumətin imzaladığı yeni fərmana əsasən, benzin ixracına tətbiq edilən məhdudiyyətlər 28 fevral 2026-cı il tarixinədək qüvvədə olacaq.
Hökumətin mətbuat xidmətinin məlumatına görə, qadağa birbaşa istehsalçılar da daxil olmaqla bütün ixracatçılara şamil edilir.
Bununla yanaşı, hökumətin qərarı ilə dizel yanacağının ixracına qoyulan qadağanın müddəti də 28 fevral 2026-cı ilə qədər uzadılıb. Qeyd olunur ki, bu məhdudiyyətlər birbaşa neft məhsulları istehsalçılarına aid edilməyəcək.
Bildirilir ki, müvafiq məhdudiyyətlər qaydaların rəsmi dərc edildiyi gündən sonrakı gün qüvvəyə minəcək. Hazırda Rusiyadan benzin ixracına qoyulan qadağa bütün bazar iştirakçıları üçün bu ilin sonuna qədər qüvvədədir.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.