Ukrayna prezidenti Volodimir Zelenski dekabrın 28-i axşamı ABŞ lideri Donald Trampla görüşmək üçün Mayamiyə səfər edib.
Yayımlanan görüntülərdə Ukrayna dövlət başçısının təyyarənin pilləkənlərindən endiyi anlar əks olunub.
Siyasətçini təyyarədə Ukraynanın ABŞ-dakı səfiri Olqa Stefanişina qarşılayıb. Donald Tramp administrasiyasının nümayəndələri orada olmayıb.