AZ

"Bavariya" 2 futbolçusunun müqaviləsini uzadır

style='margin-bottom:10px;'>

"Bavariya" iki aparıcı futbolçusunun müqaviləsini yeniləyir.

QOL.az "Sky Sport Germany" nəşrinə istinadən xəbər verir ki, Münhen "Bavariya"sı heyətini qorumaq üçün hərəkətə keçib. Almaniya nəhəngi vinger Serj Qnabri və cinah müdafiəçisi Konrad Laymerin müqaviləsini uzatmağı planlaşdırır.

Məlumata görə, 2018-ci ildən komandada çıxış edən Serj Qnabrinin sözləşməsi bu mövsümün sonunda başa çatır. Klub onunla 2028-ci ilin yayına qədər yeni anlaşma imzalamağı hədəfləyir.

Hazırkı müqaviləsi 2027-ci ildə bitən Laymerlə isə əməkdaşlığın daha uzun müddətə, yəni 2029-cu ilə qədər uzadılması gözlənilir.

Xatırladaq ki, "Bavariya" Bundesliqada inamla irəliləyir. 15 turdan sonra 41 xal toplayan komanda turnir cədvəlinə başçılıq edir və ən yaxın izləyicisini 9 xal qabaqlayır.

Seçilən
32
1
teleqraf.com

2Mənbələr