AZ

Başkeçiddə zəlzələ oldu

Dekabrın 28-i günün ikinci yarısında Gürcüstanda zəlzələ baş verib.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Gürcüstan Milli Elmlər Akademiyasının Yer Elmləri İnstitutunun Seysmik Monitorinq Milli Mərkəzi məlumat yayıb.

Bildirilib ki, zəlzələ Dmanisi (Başkeçid) şəhərindən 19 kilometr qərbdə, əsasən, azərbaycanlılar yaşayan Məmişli kəndi ərazisində qeydə alınıb.

Yeraltı təkanlatın gücü 3,8 bal olub.

Dağıntı və ya digər zərərlə bağlı hələlik məlumat yoxdur./Axar.az


Telegram kanalımız
Seçilən
28
21
yenisabah.az

10Mənbələr