AZ

Əfqanıstan XİN rəhbəri ABŞ nümayəndəsi ilə əlaqələrin inkişafını müzakirə edib

ain.az xəbər verir, Apa.az saytına əsaslanaraq.

Əfqanıstanın xarici işlər naziri Əmir Xan Mottaki bazar günü Kabilə gələn ABŞ-ın Əfqanıstan üzrə sabiq xüsusi nümayəndəsi Zalmay Xəlilzadla ABŞ-la əlaqələrin inkişafını müzakirə edib.

APA xəbər verir ki, bu barədə Əfqanıstanın Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

"Bu görüşdə Əfqanıstan və ABŞ arasında ikitərəfli münasibətlərin inkişaf yolları, imkanları və çətinlikləri barədə hərtərəfli müzakirələr aparılıb", - məlumatda deyilir.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
5
2
apa.az

3Mənbələr