AZ

“Qarabağ”ın qapıçısına Almaniyadan TƏKLİF

Yazını böyüt
Yazını kiçilt

“Qarabağ”ın qapıçısı Fabian Buntiç komandadan ayrılmaq niyyətindədir. 

Hafta.az xəbər verir ki, bu barədə azerisport.com saytı məlumat yayıb.

Məlumata görə, 28 yaşlı alman qolkiperə Almaniyanın 2-ci Bundesliqa klublarının birindən təklif gəlib və bu təklif futbolçunu qane edir. O, “Qarabağ”da kifayət qədər oyun vaxtı qazanmadığı üçün komandadan ayrılmağa müsbət yanaşır.

Gözlənilir ki, Buntiç ya qış fasiləsində, ya da yay transfer pəncərəsində komandanın sıralarını tərk edə bilər. Lakin Azərbaycan çempionu bu məsələdə tələsmir. Buna səbəb isə digər qapıçı Mateuş Koxalskiyə xaricdən olan maraq və hazırda Şahruddin Məhəmmədəliyevin zədəli olmasıdır.

Qeyd edək ki, Fabian Buntiçin “Qarabağ”la müqaviləsi 2027-ci ilin 30 iyununa qədər qüvvədədir.

Seçilən
25
2
hafta.az

3Mənbələr