AZ

Tom Kruzun 19 yaşlı qızı - FOTO

Hollivud ulduzu Tom kruzun 19 yaşlı qızı Suri Kruz Milad tətilini anası ilə birlikdə Nyu-Yorkda keçirir.

Bizim.Media xəbər verir ki, Keti Holms və qızı Nyu-York şəhərində alış-veriş edərkən görüntüləniblər. O, hazırda Karnegi Mellon Universitetində ikinci kurs tələbəsidir və qış tətili üçün evə uçub.

Gəzintisi üçün Suri yaşıl rəngli gödəkçə, cins şalvar, qəhvəyi ayaqqabı və qırmızı çanta seçib. Holms bir neçə hədiyyə çantası daşıyaraq bej rəngli palto, qırmızı şalvar və ona uyğun qış papağı ilə görünüb.

Qeyd edək ki, Suri aktrisanın yeganə övladıdır və atasından uzaq yaşayır. Keti Holms 2012-ci ildə Tom Kruzdan boşandıqdan sonra qızını tək böyüdüb və onu Kruzdan qorumağa çalışıb. (Axsam.az)


Bizim.Media

Seçilən
46
1
bizim.media

2Mənbələr