Peruda 6,2 bal gücündə zəlzələ baş verib.
AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.
Yeraltı təkanların episentri Çimbote şəhərindən 19 km şimalda olub. Zəlzələ ocağı 66,4 km dərinlikdə yerləşib.
Episentrdəki təkanın intensivliyinə əsasən, seysmik hadisə "dağıdıcı" kimi qiymətləndirilir.
Tələfat və dağıntılar barədə məlumat yoxdur.