AZ

Naxçıvana 35 santimetr qar yağıb

Naxçıvan Muxtar Respublikasının dağlıq və dağətəyi zonalarında qarlı-şaxtalı hava şəraiti axşam
saatlarında da davam edir. Muxtar respublikanın bəzi aran rayonlarında isə artıq qar kəsilib.

Bu barədə Bizim.Media-ya Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Mərkəzindən məlumat verilib.

Həmçinin bildirilib ki, muxtar respublikanın Ordubad rayonunun yüksək dağlıq ərazilərində (3000 metr) qarın hündürlüyü 35, Parağaçay Qar Uçqunu Stansiyasında 12, Şahbuz rayonunun Kükü kəndində 28, Biçənəkdə 22, Şərurun Axura kəndində isə 12 santimetr qeydə alınıb.

Qarlı-şaxtalı hava şəraitinə uyğun olaraq, sürücü və piyadalara hərəkət zamanı diqqətli olmaq tövsiyə edilir.

Bizim.Media

Seçilən
41
7
bizim.media

10Mənbələr