AZ

İş zamanı xəsarət aldı, amma ona yardım göstərilmədi Qalmaqallı İDDİA

Oxu.az saytından alınan məlumata görə, ain.az bildirir.

Bərdə rayonunun Yeni Əyricə kənd sakini Kamal Əliyev iddia edir ki, Ağdərə rayonunun Kolatağ kəndi ərazisində yerləşən inşaat şirkətlərindən birində çalışarkən ayağının baldır nahiyəsinə paslı mismar batıb.

Baku TV-nin qaynar xəttinə müraciət edən Kamal Əliyevin sözlərinə görə, hadisə iş zamanı baş versə də, səhhəti ilə maraqlanan olmayıb:

"Gecə qaranlıq ərazidə armatur çəkərkən ayağıma mismar batdı. Briqadirlərə dedim ki, vəziyyətim ağırdır, yalvardım ki, məni xəstəxanaya aparsınlar. Dedilər ki, səni heç yerə apara bilmərik. Sonradan məni arayıb-axtaran da olmadı. Layihə rəhbərlərinə zəng edəndə isə polisə müraciət etməməyim üçün hədə-qorxu gəldilər".

Layihə rəhbəri isə səsləndirilən iddiaları təkzib edərək, Kamal Əliyevin böhtan atdığını və onun iş zamanı xəsarət almadığını deyib.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan bildirilib ki, vətəndaşın müraciəti əsasında Xocalı Rayon Polis Şöbəsində araşdırma aparılır.

Ətraflı süjetdə:

İş zamanı xəsarət aldı, amma ona yardım göstərilmədi - Qalmaqallı İDDİA

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
85
1
oxu.az

2Mənbələr