AZ

"Fənərbağça" mərakeşli müdafiəçi ilə anlaşdı

Türkiyənin "Fənərbağça" klubu sol cinah müdafiəsini gücləndirmək üçün "Utrext" forması geyinən Sofyan El Karouani ilə razılıq əldə edib.

Fanat.Az xəbər verir ki, "sarı-lacivərdlilər" müqaviləsi mövsüm sonunda başa çatacaq 25 yaşlı futbolçu ilə gələcək mövsüm üçün ilkin danışıqları yekunlaşdırıb.

Mərakeşli oyunçunun bu mövsüm 16 matçda göstərdiyi 2 qol və 9 asistlik məhsuldarlıq Domeniko Tedeskonun diqqətini çəkib. Transferin rəsmən açıqlanması üçün klubların son detalları razılaşdırdığı bildirilir.

Kamil Xudiyev

Seçilən
5
1
fanat.az

2Mənbələr