AZ

Berlində çoxmərtəbəli yaşayış binasında yanğın baş verib

ain.az, Azertag portalına istinadən məlumat verir.

Berlin, 28 dekabr, AZƏRTAC

Almaniyanın Berlin şəhərinin Şpandau rayonunda çoxmərtəbəli yaşayış binasında güclü yanğın qeydə alınıb.

AZƏRTAC “Spiegel” qəzetinə istinadla xəbər verir ki, yanğının qarşısının alınması üçün 170-dək yanğınsöndürən cəlb olunub. Yanğın 9 saatlıq əməliyyatdan sonra söndürülüb.

Hadisə ilə əlaqədar 60 sakin təxliyə edilib. Yanğın nəticəsində 3 nəfər xəsart alıb. Bir neçə mənzil yararsız vəziyyətə düşüb. Həmin binaların sakinləri yaxınlıqdakı hotellərə yerləşdiriliblər.

Hadisənin səbəbləri araşdırılır.

Elvin Mövsüm

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
42
3
azertag.az

5Mənbələr