ain.az, Bizim media saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Xəbər verdiyimiz kimi, Ağ Evin mətbuat katibi Kərolin Levitt Instagram hesabında ikinci hamiləliyini elan edib. O, ABŞ tarixində bu vəzifədə işləyərkən hamilə olan ilk qadın olacaq.Levitt bildirib ki, həyat yoldaşı, sahibkar Nikolas Riccio ilə birlikdə may 2026-cı ildə qız övladlarının dünyaya gəlməsini gözləyirlər. Cütlüyün artıq 2024-cü ildə dünyaya gəlmiş bir oğlu var.Bizim.Media xəbər verir ki, bu barədə FoxNews nəşri yazıb.“Mümkün olan ən böyük Milad hədiyyəsi – may 2026-cı ildə gələcək qızımızdır,” – Levitt qeyd edib və ailələrinin yeni üzvünü səbirsizliklə gözlədiklərini vurğulayıb.O, həmçinin ABŞ prezidenti Donald Tramp və Ağ Ev aparatının rəhbəri Suzi Vaylzə administrasiyada “ailəvi atmosfer” yaratdıqları üçün təşəkkürünü bildirib.Bizim.Media
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.