Yazını böyüt
Yazını kiçilt
Nizami rayonunda yanğın olub.
Hafta.az FHN-ə istinadən bildirir ki, Bakı şəhərinin Nizami rayonunda bir dam altında tikilən ümumi sahəsi 650 m² olan 17 boksdan ibarət avtomobil təmiri sexinin sahəsi 48 m² olan bir boksunun yanar konstruksiyaları və içərisində olan “Mercedes” markalı minik avtomobilinin yanar hissələri yanıb.
Bitişik bokslar yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.