AZ

Bəşər Əsədin generalları Suriyanı yenidən qarışdırdı - yeni hökumətə qarşı silahlı üsyan başladı...


Suriyanın sahil rayonları yenidən qarışıb. Bölgədəki Latakiya və Tartus şəhərlərində hökumət əleyhinə etirazlar qısa zamanda zorakılığa çevrilib.

Toqquşmalarda biri təhlükəsizlik işçisi olmaqla üç nəfər həlak olub, 55-dən çox insan yaralanıb.

Latakiya Daxili Təhlükəsizlik Qüvvələrinin komandanı general Əbdüləziz əl-Əhməd bildirib ki, etirazlar zamanı "devrilmiş Əsəd rejiminin qalıqları ilə əlaqəli silahlı qruplar" təhlükəsizlik qüvvələrinə hücum edib.

Əl-Əhməd M1 şossesi ətrafında bombalı və silahlı hücumların olduğunu və təhlükəsizlik qüvvələrinin çox sayda avtomobilinə zərər dəydiyini iddia edib. Məlumata görə, Tartusun Baniyas rayonunda təhlükəsizlik qüvvələrinə əl qumbarası ilə hücumu edilib və iki təhlükəsizlik işçisi yaralanıb.

Yerli mənbələrə görə, etirazlar xaricdə yaşayan ələvi dini lider Şeyx Qəzəlin çağırışından sonra başlayıb. Nümayişlər zamanı bəzi qrupların təhlükəsizlik qüvvələrinə hücum etdiyi, Türkiyə bayraqlarının yandırdığı və Əsəd rejiminin qalıqlarının da aksiyalarda iştirak etdiyi bildirilib.

Suriya hökuməti vəziyyəti nəzarət altına almaq üçün bölgədə təhlükəsizlik tədbirlərini artırıb.

Bundan bir meçə gün əvvəl Qərb mediasında iddia edilirdi ki, devrilmiş lider Əsədin bəzi yüksək vəzifəli məmurları Suriyanın sahil bölgələrində üsyan hazırlayır. Bildirilirdi ki, Suriya sahili boyunca müxtəlif kəndlərdən 160 mindən çox insana planlaşdırılan üsyan üçün pul və silah paylanıb.

“The New York Times” qəzeti iddia edir ki, devrilmiş rejimin bəzi generalları yeni hökuməti devirmək istəyirlər. Bildirilir ki, silahlı üsyan başlatmağı planlaşdıran keçmiş yüksək vəzifəli məmurlar bu yolla Suriya sahillərinə nəzarəti ələ keçirməyi hədəfləyirlər.

Sözügedən şəxslərin yazışmalarını araşdıran qəzet, onların Suriya sahili boyunca müxtəlif kəndlərdən olan insanları döyüşmək üçün maliyyə və silahla təmin etdiklərini bildirib. 160 mindən çox döyüşçünün toplandığı, onlardan 20 mininin pulemyot, 331-nin zenit silahı və 150-nin tank əleyhinə qumbara daşıdığı iddia edilir. Həmçinin onların arasında 35 snayperin olduğu da iddia edilir.

TAHİR

Seçilən
25
baki-xeber.com

1Mənbələr