AZ

Qaranlıqda armaturu görmədi, avtomobilinə ziyan dəydiVİDEO

Yolun ortasına qoyulan armatur qəzaya səbəb olub… Avtomobilə ciddi ziyan dəyib…

Xezerxeber.az xəbər verir ki, hadisə Nərimanov rayonu Əhməd Rəcəbli küçəsində baş verib. Biz də qəzanın baş verdiyi ünvana getdik. Həmin əraziyə yaxın yolda müəyyən işlər görülürdü. Buna görə də bir yol müvəqqəti iki zolaqlı edilib. Yolun ortasınada böyük dəmirlər qoyulub.

Həmin yoldan mütəmadi istifadə edən sürüclər deyir ki yaranan vəziyyət onlara çətinlik yaradır.

Məsələ ilə bağlı Avtomobil Yolları Dövlət Agentliyindən bildirildi ki aidiyyəti üzrə şöbəyə məlumat verilib. Əraziyə baxış keçiriləcək. Ehtiyac olarsa, əlavə təhlükəsizlik tədbirlərinin görülməsi ilə bağlı ərazidə çalışan podratçı şirkətə tapşırıq veriləcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Seçilən
117
xezerxeber.az

1Mənbələr