AZ

Mövzusu Qərbi Azərbaycan olan  layihə  yekunlaşdı - FOTOLAR

Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi, Gələcək İntellektual İnkişafa Yardım İctimai Birliyi və Ucar Gənlər Evinin tərəfdaşlığı ilə həyata keçirilən "Sərhəddən Qərbdəki Hüququmuz" layihəsi işini uğurla tamamlayıb. 

"Cebheinfo.az" xəbər verir ki, peşəkar təlimçilərin cəlb olunduğu layihədə Qərbi Azərbaycan mövzusu prioritet olub. 

Tarixçi Fuad Quliyev layihə iştirakçılarına Qərbi Azərbaycanın tarixi yaddaşından, həmçinin mədəni soyqırımı və sənədləşdirmədən bəhs edib. Dosent, siyasi elmlər üzrə fəlsəfə doktoru Cahangir Cahangirli isə azərbaycanlıların deportasiyası və repatriasiya hüququnun siyasi aspektləri mövzularında ətraflı məlumat verib. 

Bağlanış mərasimində çıxış edən layihə rəhbəri Fatimə Məhəmmədova maliyyə dəstəyinə və mövzuya müstəsna diqqətinə görə Azərbaycan Respublikasının Gənclər Fonduna təşəkkürünü bildirib.

Ucar Gənclər Evi SXM-in direktoru Kazım Məmmədov layihə iştirakçılarını təbrik edib. O, Zəngəzur sakinlərinin geri qayıdacağına əminliyini ifadə edib.

Gələcək İntellektual İnkişafa Yardım İctimai Birliyinin sədri Ağarza Elçinoğlu isə sərhədimizin qərbində qalan ərazilərin bizin tarixi torpaqlarımız olduğunu deyib. O, Qarabağa qayıtdığımız kimi, Qərbi Azərbaycana dönüşün də beynəlxalq hüquqa və çərçivələrə uyğun şəkildə baş tutacağını qeyd edib. 

Sonda layihə iştirakçılarına sertifikatlar təqdim olunub.

Seçilən
12
3
cebheinfo.az

4Mənbələr