AZ

İrfan Can Kahveci mövsümün sonuna qədər “Hall Siti”də

“Fənərbağça”nın kapitanlarından olan İrfan Can Kahveci İngiltərə Çempionşip təmsilçisi “Hall Siti”yə transfer olunub.

Fanat.Az "AS Marca" nəşrinə istinadən xəbər verir ki, klub futbolçunu mövsümün sonuna qədər icarə əsasında heyətinə qatıb.

Məlumata görə, müqavilədə satınalma opsiyası da yer alır. “Hall Siti” İrfan Can Kahvecini 10 milyon avro qarşılığında birdəfəlik transfer edə bilər. Futbolçu hazırda prosesləri ailəsi ilə birlikdə Londonda davam etdirir.

Klubun sahibi Acun Ilıcalının əsas strateji hədəfi “Hall Siti”ni Premyer Liqaya yüksəltməkdir. İrfan Can Kahvecinin transferi də bu məqsədə xidmət edən addımlardan biri kimi qiymətləndirilir.

Seçilən
17
1
fanat.az

2Mənbələr