ain.az xəbər verir, Fanat saytına əsaslanaraq.
“Real Madrid”in sabiq qida üzrə mütəxəssisi İtziar Qonsales klubdaxili mühitlə bağlı diqqətçəkən açıqlama verib.
Fanat.Az-ın məlumatına görə, o bildirib ki, vaxtilə texniki heyətə səhər yeməyində xəmir yeməklərinin çıxarılmasını təklif edib.
Qonsalesin sözlərinə görə, bu təklifi sərt reaksiya ilə qarşılaşıb. Texniki heyət ona “Hər şey olduğu kimi qalacaq, ya susarsan, ya da qovularsan. Biz bu xəmir işləri ilə 15 Çempionlar Liqası qazandıq” cavabını verib.
Keçmiş qida mütəxəssisi qeyd edib ki, “Real Madrid”də nəyisə dəyişdirmək istədikdə tez-tez bu cümləni eşitmək mümkündür. Onun fikrincə, klubun illər ərzində qazandığı uğurlar bəzi vərdişlərin toxunulmaz qalmasına səbəb olub.
Qonsales vurğulayıb ki, “Real Madrid”in Çempionlar Liqasındakı 15 titulu da məhz bu ənənəvi yanaşmanın nəticəsi kimi təqdim edilir. Bu açıqlama futbol dünyasında böyük marağa səbəb olub.
Kamil Xudiyev
Abunə Ol
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.