ain.az, Qol.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
“Tottenhem” səfərdə sevindi
İngiltərə Premyer Liqasında 18-ci turun oyunları keçirilir.
QOL.az xəbər verir ki, günün sonra matçında “Tottenhem” səfərdə “Kristal Pelas”ın qonağı olub.
Görüş qonaqların qələbəsi ilə başa çatıb. Arçi Qreyin 42-ci dəqiqədə vurduğu qol “Tottenhem”ə qələbə qazandırıb.
Bununla da xallarının sayını 25-ə çatdıran londonlular turnir cədvəlində 11-ci pilləyə yüksəliblər. Əvvəlki kimi 26 xalda qalan “Kristal Pelas” isə 9-cudur.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.