Milli.az portalından alınan məlumata görə, ain.az xəbər verir.
Qış aylarında soyuducu parametrlərinin yaydakı kimi saxlanılması, fərqinə varmadan enerji istehlakını artırır. Mütəxəssislərin fikrincə, havalar soyuduqda qızdırılma xərcləri ilə yanaşı, soyuducular da elektrik sərfiyyatının artmasında mühüm rol oynayır.
Milli.Az xəbər verir ki, bir çox istifadəçi yayda etdiyi tənzimləməni qış boyu dəyişmir. Lakin mühit temperaturu düşdükcə, soyuducunun daxilini soyutmaq üçün sərf etdiyi enerji təbii olaraq azalır. Qışda yüksək soyutma dərəcəsində işləyən soyuducu:
Kompressoru gərəyindən artıq işlədir;
Mühərrikin daha tez-tez dövrəyə girməsinə səbəb olur;
Elektrik istehlakını 10-20% nisbətində artıra bilir.
Mətbəx temperaturunun 15-18 dərəcəyə qədər düşdüyü qış aylarında yay rejimi sadəcə enerji israfıdır.
Enerji səmərəliliyi mütəxəssislərinin tövsiyə etdiyi ideal dərəcələr:
Soyuducu bölməsi: +4 °C
Dondurucu bölməsi: -18 °C
Mexaniki düyməli köhnə modellərdə isə adətən:
Yayda: 3-4-cü səviyyə
Qışda: 1-2-ci səviyyə kifayət edir. Daha yüksək səviyyələr qidanı qorumaq yerinə, sadəcə faturanı böyüdür.
Havanın soyuq olduğu vaxtlarda aşırı soyudulan cihazlarda:
Tərəvəz və meyvələr donaraq xarab ola bilər;
Süd və maye məhsullar buz bağlaya bilər;
Nəm balansı pozulduğu üçün qidalar daha tez quruyur.
Yanlış rejimdə işləyən soyuducu ildə təxminən 40-60 kWh artıq enerji sərf edir. Bu isə hazırkı qiymətlərlə ildə təxminən təxminən 20-30 AZN əlavə xərc deməkdir.
Qışda soyuducunu radiator, kombi və ya sobanın yanında yerləşdirmək böyük səhvdir. Cihaz ətrafındakı istini kompensasiya etmək üçün daha çox güclə işləməyə başlayır. Mütəxəssislər tövsiyə edir:
Divarla cihaz arasında ən azı 5-10 sm boşluq saxlanılsın;
Arxa barmaqlıqlar (kondensator) tozdan təmizlənsin;
Qapaq rezinlərinin germetikliyi yoxlanılsın.
Kiçik bir toxunuşla soyuducunun dərəcəsini aşağı salmaq, həm büdcənizi qoruyur, həm də cihazın ömrünü uzadır.Lalə Qüdrətova
Milli.Az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.