ain.az, Azertag portalına istinadən məlumatı açıqlayır.
Vaşinqton, 29 dekabr, AZƏRTAC
ABŞ Prezidenti Donald Tramp Rusiya-Ukrayna münaqişəsində ərazi məsələsinin hələ həll olunmadığını bildirib.
AZƏRTAC xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp Ukrayna Prezidenti Volodimir Zelenski ilə keçirilən görüşdən sonra jurnalistlərin suallarını cavablandırarkən deyib.
“Bu, onların həll etməli olduqları bir məsələdir. Amma düşünürəm ki, işlər düzgün istiqamətdə gedir”, - deyə Tramp qeyd edib.
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.