AZ

İsraildə kiber böhran Hakerlər Netanyahunun ən yaxın adamının telefonu ələ keçirdi

Lent az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

İranlı haker qrupu "Hanzala" İsrailin baş naziri Benyamin Netanyahunun mətbuat katibi Tzaçi Bravermanın mobil telefonundan məxfi məlumatlara daxil olduğunu iddia edib.

Lent.az xəbər verir ki, iddia "Hanzala" tərəfindən “X” hesabında elan edilib.

İddiada Bravermanın telefon kitabçasının 110 səhifəsinin "Bibi Gate" adlı kiberhücumda oğurlandığı bildirilir.

"Hər şey əlimizdədir. Şifrəli söhbətlər, gizli razılaşmalar, utancverici mənəvi və maliyyə yayınmaları, vəzifə səlahiyyətlərindən sui-istifadə, şantaj, rüşvət. İllərdir ki, “Hanzala”nın aranızda olmadığını düşünərək kiçik rəqsinizi edirdiniz. Amma biz hər dəfə otaqda idik", - paylaşımda deyilir.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
51
lent.az

1Mənbələr