AZ

Meksikada sərnişin qatarının relsdən çıxması nəticəsində 13 nəfər ölüb

Bakı. Trend:

Meksikanın cənubundakı Oaxaka ştatında sərnişin qatarınınrelsdən çıxması nəticəsində azı 13 nəfər ölüb.

Trend xəbər verirki, Meksika prezidenti Klaudiya Şeynbaum hadisə ilə bağlı sosialşəbəkədə məlumat yayıb.

“Dəniz Qüvvələri Nazirliyi mənə bildirdi ki, okeanlararası qatarqəzası nəticəsində təəssüf ki, 13 nəfər həlak olub. 98 nəfəryaralanıb, onlardan beşinin vəziyyəti ağırdır”, – deyə prezidentbildirib.

Meksika Hərbi Dəniz Qüvvələri qatarda 9 ekipaj üzvü və 241sərnişin olmaqla cəmi 250 nəfərin olduğunu açıqlayıb.

Hadisə Çivela və Nizanda şəhərləri arasında baş verib. MeksikaBaş Prokurorluğu artıq araşdırmaya başlayıb.

Seçilən
32
1
az.trend.az

2Mənbələr