“Milan”da özünü doğrulda bilməyən yarımmüdafiəçi Kristofer Nkunkudan qurtulmağın yollarını axtarır.
Publika.az xəbər verir ki, fransalı futbolçuya Türkiyə çempionatından maraq var. Söhbət “Qalatasaray” və “Fənərbağça”dan gedir. Hər iki klubun rəhbərliyi futbolçunun agenti Pini Zahavi ilə əlaqə saxlayaraq mümkün transfer şərtlərini öyrənib.
Əsas problem isə qiymətlə bağlıdır. “Milan” güzəştə getmək niyyətində deyil. Klub rəhbərliyi Nkunkunu “Çelsi”dən 35 milyon avroya aldığı üçün eyni məbləğə də satmaq istəyir. “Tuttosport”un yazdığına görə, məhz bu mövqe transfer prosesində ciddi maneəyə çevrilə bilər.