ABŞ Prezidenti Donald Tramp ukraynalı həmkarı Volodimir Zelenski ilə kritik sülh danışıqlarından bir neçə saat əvvəl Rusiya lideri Vladimir Putinlə genişmiqyaslı telefon danışığı apardığını elan edib.
Xatırladaq ki, V. Zelenski dekabrın 28-i axşam saatlarında Floridanın Palm-Biç şəhərinə gəlib. Onun Donald Trampla görüşü hazırda “Mar-a-Laqo” iqamətgahında baş tutur.
Onu da bildirək ki, görüşün əsas mövzusu 4 ildir davam edən müharibənin dayandırılması üçün hazırlanan 20 bəndlik sülh planıdır. Danışıqlarda atəşkəs şərtləri, ərazi mübahisələri və Ukraynaya veriləcək təhlükəsizlik zəmanətlərinin müzakirə edildiyi bildirilir.