Bakı. Trend:
Çin Xalq Azadlıq Ordusunun (ÇXAO) şərq qoşunları Tayvan adasınınətrafında “Ədalət missiyası 2025” adlı genişmiqyaslı hərbitəlimlərə start verib.
Trend xəbər verirki, adanın şimal, şərq, cənub, cənub-qərb və cənub-şərqistiqamətlərində keçirilən təlimlərə quru, dəniz, hava və raketqüvvələrinin bölmələri cəlb olunub.
ÇXAO-nun yaydığı məlumatda bildirilib ki, təlimlər zamanıdənizdə və havada döyüş hazırlığının təmin edilməsi, birgə şəkildəhərtərəfli üstünlüyün əldə olunması, əsas liman və ərazilərinblokadası, eləcə də ada zəncirindən kənarda kompleks çəkindiricilikməsələlərinə xüsusi diqqət yetirilir.
ÇXAO-nun Şərq Komandanlığının sözçüsü Şi İ bildirib ki, Tayvanadasına müxtəlif istiqamətlərdən gəmilərin və təyyarələrinyaxınlaşması ilə müxtəlif qoşun növləri birgə əməliyyat imkanlarınıyoxlamaq məqsədilə ortaq şərti hücumlar həyata keçirir.
Onun sözlərinə görə, bu təlimlər “Tayvanın müstəqilliyi”nidəstəkləyən separatçı qüvvələrə və mümkün xarici müdaxilələrə qarşısərt xəbərdarlıq xarakteri daşıyır.