ain.az, Redaktor.az portalına istinadən məlumat yayır.
“Apple” şirkəti “iPhone” smartfonlarının hansı müddətdən bir yenilənməsinin daha məqsədəuyğun olduğunu açıqlayıb.
Redaktor.az bu haqda xarici KİV-ə istinadla məlumat verir.
Bildirilib ki, dekabrın sonunda “Apple” köhnə telefonun əlavə ödənişlə yenisi ilə dəyişdirilməsi proqramı - “trade-in” üçün yeni reklam kampaniyası təqdim edib. Şirkət layihəni sosial şəbəkələrdə tanıdıb.
Reklam materiallarından aydın olur ki, “Apple” köhnə “iPhone”un yenisi ilə əvəzlənməsi üçün ideal müddət kimi təxminən 3 ili uyğun hesab edir.
Reklam bannerlərində müxtəlif model dəyişmə nümunələri göstərilib. Bütün hallarda köhnə və yeni modellər arasında fərq 3 il təşkil edir. Şirkətin yanaşmasına görə, istifadəçilər cihazlarını orta hesabla 3-4 ildən bir yeniləməlidir.
Mövzu sosial şəbəkələrdə də geniş müzakirə olunub. Bəzi istifadəçilər “iPhone”u daha uzun müddət - 7-10 il istifadə etməyi üstün tutduqlarını bildiriblər. Digərləri isə smartfonu tez-tez yeniləmələrinin səbəbini sonradan cihazı sərfəli qiymətə sata bilməmək qorxusu ilə izah ediblər.
Aytəkin TOFİQQIZI
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.