AZ

2025-ci ilin ən güclü klubu açıqlandı

PSJ “Globe Soccer Awards”ın 2025-ci il üzrə ən yaxşı futbol klubu seçilib.

Msport.az xəbər verir ki, Luis Enrikenin baş məşqçisi olduğu Paris təmsilçisi 2025-ci ildə inanılmaz uğurlara imza atıb.

Komanda Fransa çempionu olub və ölkə kubokunu başı üzərinə qaldırıb. Bundan əlavə, parislilər Çempionlar Liqasının finalında “İnter”i 5:0 hesabı ilə darmadağın edərək tarixi zəfər qazanıblar.

Qeyd edək ki, Klublararası Dünya Çempionatının finalına qədər irəliləyən PSJ həlledici görüşdə “Çelsi”yə uduzsa da (0:3), cari mövsümdə UEFA Superkuboku və FİFA Qitələrarası Kubokunu muzeyinə əlavə edib.

Seçilən
13
3
msport.az

3Mənbələr