AZ

“Milyonçu” bloqerdən şir balası MÜSADİRƏ EDİLDİ: 3 ayağı sınıq, onurğası ZƏDƏLİDİR – VİDEO

Milyonlarla izləyicisi olan Moskvalı bloggerdən üç ayağı sınıq, onurğası zədələnmiş və ağır arıqlamış aslan balası götürülüb.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb. Vəziyyəti kritik olan heyvanın sahibi günahını etiraf edib, prokurorluq araşdırmaya başlayıb.

Məlumata görə, Moskvada milyonçu izləyicisi olan bloqerdən üç ayağı sınıq, onurğası zədələnmiş və bərk arıqlamış şir balası alınıb. 2,5 aylıq dişi şir balasının vəziyyəti kritik qiymətləndirilir. Heyvanın sümük toxumalarının tükəndiyi bildirilir – ehtimal ki, bu, düzgün baxılmamaq və qidalanmamaq səbəbindən baş verib.

Şir balasını könüllülərə paytaxtlı bloqer təhvil verib. KİV bunun Dmitri Kotov olduğunu ehtimal edir. O, özünü “22 yaşında dollar milyonçusu” kimi təqdim edir və sosial şəbəkələrdə şir balası ilə foto və videolar paylaşırdı.

Prokurorluq heyvanlara qəddarlıq maddəsi ilə yoxlamalara başlayıb. Həmçinin bloqerin yırtıcı heyvanı qanuni yolla alıb-almadığı araşdırılır (Rusiyada şirlərin ev şəraitində saxlanılması qadağandır).

Prokurorluqdan bildirilib ki, balaca şirin sahibi günahını etiraf edib. O iddia edib ki, ev heyvanında leykemiya (qan xərçəngi) var və bütün travmalar xəstəlik səbəbindən yaranıb.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
26
interpress.az

1Mənbələr