AZ

Prezidenti SABİQ DÖVLƏT BAŞÇISINI bütün dövlət mükafatlarından məhrum ETDİ

Yayılan məlumatlara görə, Atambayev bütün dövlət mükafatlarından məhrum edilib.

Qırğızıstan Prezidenti Sadır Japarov sabiq dövlət başçısı Almazbek Atambayevi bütün dövlət mükafatlarından məhrum edib.

Xəbər verilir ki, bu barədə Qırğızıstan liderinin Mətbuat Xidməti məlumat yayıb.

"Qırğızıstan Respublikasının Prezidenti Sadır Japarov Bişkek şəhərinin Pervomayski Rayon Məhkəməsinin 3 iyun 2025-ci il tarixli hökmünə əsasən Almazbek Şarşenoviç Atambayevin dövlət mükafatlarından məhrum edilməsi barədə fərman imzalayıb", - məlumatda bildirilib.

Qeyd edək ki, sabiq prezident ən yüksək mükafatı olan "Qırğızıstan Qəhrəmanı", 2-ci dərəcəli Manas ordeni, Danaker ordeni və "Dənk" medalından məhrum edilib.


Seçilən
19
12
azia.az

10Mənbələr