AZ

Türkiyə gözəli SAXLANILDI

"Miss Türkiyə 2016"nın qalibi Busə İskəndəroğlu bazar günü narkotik istifadəsində şübhəli bilinərək həbs edilib.

Bizim.Media xəbər verir ki, Türkiyə telekanallarının məlumatına görə, narkotik qaçaqmalçılığı ilə bağlı son polis əməliyyatı zamanı İskəndəroğlu və reper Ege Karataşlı da daxil olmaqla dörd nəfər saxlanılıb.

Bundan əlavə polis narkotik testinin müsbət nəticə verdiyi üçün "Fənərbaxça" Futbol Klubunun prezidenti Sadettin Saranı saxlayıb. 

Qeyd edək ki, oktyabr ayından bəri Türkiyədə genişmiqyaslı narkotik əleyhinə əməliyyatlar davam edir. İstintaq çərçivəsində bir neçə aktyor və sənətçilər saxlanılıb. Onlardan bəzilərinin qanında və saçında narkotik izləri aşkar edilib. 

Bizim.Media

Seçilən
29
2
bizim.media

3Mənbələr