AZ

Səhər oyanan kimi kofe içmək olar?

Redaktor.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Həkim Yevgeni Beloüsov yuxudan oyanandan dərhal sonra insanları kofe içməməyə çağırıb. 

Redaktor.az xəbər verir ki, o, bu haqda life.ru-ya müsahibəsində danışıb.

Mütəxəssis izah edib ki, səhər saat 6-dan 9-a qədər kortizol hormonunun səviyyəsi ən yüksək həddə çatır. Kortizol həm də oyanma və orqanizmin təbii aktivləşməsində iştirak edir. Bu səbəbdən, bu saatlarda kofe içmək insanı daha enerjili hiss etdirmir. Üstəlik, həmin saatlarda kofe müntəzəm qəbul edilərsə, kofeinə qarşı həssaslıq azalır və eyni effekti əldə etmək üçün daha çox kofe içmək lazım olur.

Beloüsovun sözlərinə görə, səhər ilk kofe fincanı üçün ideal vaxt 9:30-11:30 arasıdır. Bu zaman kortizol səviyyəsi təbii olaraq azalır və kofein konsentrasiyanı və iş qabiliyyətini effektiv şəkildə dəstəkləyir, eyni zamanda hormon ritmlərinə müdaxilə etmir.

Aytəkin TOFİQQIZI

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
24
1
redaktor.az

2Mənbələr