AZ

Zelenski Putinə zəng edə bilər - 5 ildə ilk dəfə

ABŞ və Ukrayna prezidentləri Donald Tramp və Volodimir Zelenski arasında danışıqlar Ukrayna liderinin Rusiya prezidenti Vladimir Putinlə beş ildən çox müddətdə ilk telefon danışığına səbəb ola bilər.

Adalet.az xəbər verir ki, bu  barədə "Fox News" telekanalı məlumat yayıb. 

Kanalın mənbəyinə görə, Zelenski ilə Putin arasında birbaşa telefon əlaqəsinin təşkili Tramp üçün diplomatik zərbə ola bilər. Mənbə həmçinin qeyd edib ki, Ukrayna prezidenti Ağ Ev rəhbəri ilə Floridadakı Mar-a-Laqo iqamətgahında görüşməzdən əvvəl çox gərgin olub. Mənbənin sözlərinə görə, Zelenski adətən bu cür danışıqlara diqqətlə hazırlaşır və Ukraynanın xarici siyasət qurumları tərəfindən hazırlanmış materialları öyrənməyə xeyli vaxt sərf edir.

Putin və Zelenski sonuncu dəfə 26 iyul 2020-ci ildə telefonla danışıblar.

Seçilən
29
32
adalet.az

10Mənbələr