ABŞ və Ukrayna prezidentləri Donald Tramp və Vladimir Zelenski arasında danışıqlar Zelenskinin Rusiya prezidenti Vladimir Putinlə beş ildən sonra ilk telefon danışığına “yol aça bilər”.
“Fox News”un mənbəyə istinadən verdiyi məlumata görə, Rusiya və Ukrayna prezidentləri sonuncu dəfə 26 iyul 2020-ci ildə danışıblar.
Mənbə qeyd edib ki, yeni söhbət Tramp üçün “diplomatik qələbə” olardı.
Bir gün əvvəl Donald Tramp və Vladimir Zelenski Floridadakı “Mar-a-Laqo”da görüşüblər. Onlar Kiyevin 20 maddəlik sülh planını müzakirə ediblər. Tramp Avropanın Ukrayna üçün zəmanətlərin əksəriyyətini öz üzərinə götürəcəyini bildirib və Rusiya-Ukrayna münaqişəsinin sürətləndirilmiş həllinə çağırıb.
Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen hesab edir ki, Ukraynadakı sülh danışıqlarında irəliləyiş əldə edilib.
//Samir Qurbanov, Editor.az