AZ

“Qarabağ”dan getmək istəyir – Rəhbərlik gözləyir

“Qarabağ”ın qapıçısı Fabiyan Buntiç komandadan ayrılmağa yaxındır.

İdmanxeber.az-ın məlumatına görə, 28 yaşlı oyunçu oyun praktikasının azlığı səbəbindən klubu tərk etmək istəyir. Buntiçin təklifləri dəyərləndirdiyi bildirilir.

“Qarabağ” isə hələlik qapıçının qərarı ilə bağlı konkret fikir bildirməyib. 

Şahruddin Məhəmmədəliyevin uzun müddət olmayacağını nəzərə alan rəhbərlik Mateus Koxalskinin əvəzedicisi kimi yeni qolkiper transferindən sonra Buntiçlə yolları ayıra bilər.

Qeyd edək ki, futbolçunun “Qarabağ”la müqaviləsi 2027-ci ilin yayına qədərdir. O, bu mövsüm 3 oyunda forma geyinib.

Seçilən
6
idmanxeber.az

1Mənbələr