AZ

Rabitəbank ın səhmdarlarının yığıncağı keçiriləcək

Demokrat.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Fevralın 12-si, saat 17:00-da "Rabitəbank" ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.Demokrat.az xəbər verir ki, yığıncaq Bankın baş ofisinin yerləşdiyi Bakı şəhəri, Nəsimi rayonu, Füzuli küçəsi, 71 ünvanında olacaq.Yığıncağın gündəliyinə "Rabitəbank"ın 2025-ci maliyyə ili üzrə balans və mənfəət-zərər hesabatlarının, eləcə də Bankın Audit Komitəsinin hesabatının təsdiq edilməsi, səhmdarlara dividend, Müşahidə Şurasının üzvlərinə mükafat ödənilməsi, "Capital Partners İnvestisiya Şirkəti QSC-nin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi, onun Bankın adından qərar verməsi ilə bağlı səlahiyyətli orqanın və yaxud şəxsin təyin edilməsi, investisiya şirkətinin nizamnamə kapitalının artırılması, eləcə də təşkilati və cari məsələlər daxildir.Xatırladaq ki, "Rabitəbank" 1993-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 101,3 milyon manatdır. Bankın səhmlərinin 38,6 %-i Rauf Əliyevə, 34,64 %-i Validə Abbasovaya, 13,51 %-i Zakir Nuriyevə, 9,11 %-i isə Dilaə Nuriyevaya, 4,14 %-i isə digər hüquqi və fiziki şəxslərə məxsusdur. R.Əliyev həm də "Meqa Sığorta" ASC-nin 19%-lik səhmdarıdır.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
13
4
demokrat.az

5Mənbələr