AZ

Türkiyədə İŞİD-ə qarşı əməliyyatda silahlı toqquşma - 7 polis yaralanıb

Bakı. Trend:

Türkiyənin Yalova şəhərində yerli Polis İdarəsinin TerrorlaMübarizə Şöbəsinin əməkdaşları gecə saat 03:30 radələrində İŞİDterror təşkilatına qarşı əməliyyat həyata keçirib.

Trend bu barədəxarici KİV-ə istinadən məlumat verir.

Qeyd olunub ki, əməliyyat zamanı baş verən silahlı toqquşmada 7polis əməkdaşı yaralanıb. Hadisə ilə əlaqədar Bursa vilayətindənXüsusi Təyinatlı dəstək qrupları əraziyə cəlb olunaraq əməliyyatdəstəyi göstərilib.

Yaralanan 7 polis əməkdaşı dərhal xəstəxanaya yerləşdirilib vəilkin tibbi qiymətləndirmələrə əsasən, yaralıların həyatları üçüntəhlükə yoxdur.

Məlumata görə, Bursa xüsusi təyinatlılarının gəlişindən sonrasilahlı toqquşma 6 saata yaxındır ki, davam edir. Atışmanınküçələrdə getdiyi bildirilir.

Toqquşmanın baş verdiyi ərazidə yerləşən 5 məktəbdə tədrismüvəqqəti dayandırılıb, ərazidə qaz və elektrik enerjisinin nəzarətməqsədilə kəsildiyi, mülki şəxslərin və nəqliyyat vasitələrininəraziyə girişinə icazə verilmədiyi qeyd olunub.

Məqalədə:
Seçilən
13
az.trend.az

1Mənbələr