Vitse-spiker hadisələrin arxasında müəyyən qüvvələrin ölkədə xaos yaratmaq və "oyuncaq hökumət" qurmaq məqsədinin dayandığını qeyd edib: "Onun susmaq hüququnu qoruması belə, hansısa fəlakətin baş verdiyini və özünün də buna daxil olduğunu göstərir. Mənim qənaətim belədir. Təbii ki, istintaq öz materiallarını təqdim edəcək."
Məlumat üçün bildirək ki, Baço Axalayanın 4 oktyabr hadisələri ilə bağlı Gürcüstan Cinayət Məcəlləsinin 225-ci maddəsi (qrup halında zorakılığın təşkili və rəhbərlik edilməsi) ilə ittiham olunur. Məhkəmə keçmiş nazir barəsində həbs qətimkan tədbiri seçib. Onu 9 ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31