AZ

Tərtərdəki qəzada xəsarət alanlar özəl tibb müəssisəsinə təxliyə EDİLDİLƏR

Borsunlu-Hindarx yolunun Tərtər rayonunun Azad Qaraqoyunlu kəndi ərazisindən keçən hissəsində baş verən yol-nəqliyyat hadisəsi zamanı yaralanan şəxslər özəl tibb müəssisəsinə təxliyə olunublar.

Tərtər Rayon Mərkəzi Xəstəxanasından Oxu.Az-a verilən məlumata görə, yol-nəqliyyat hadisəsi səbəbi ilə xəsarət alan pasiyentlər Bərdə şəhərində yerləşən özəl tibb müəssisələrindən birinə təxliyə ediliblər.

Xatırladaq ki, ötən gün baş verən yol-nəqliyyat hadisəsi zamanı hərəkətdə olan “Mercedes” və “Mitsubishi” markalı minik maşınlarının toqquşub, nəticədə iki nəfər xəsarət alıb.

Seçilən
17
6
editor.az

7Mənbələr