AZ

FHN: Ötən həftə 7 nəfərin meyiti tapılıb

Ötən həftə 175 yanğın olub.

“İki sahil” xəbər verir ki, Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Bildirilib ki, ötən həftə ərzində 175 yanğına çıxış, 38 halda köməksiz vəziyyətdə qalma, 3 avtonəqliyyat qəzası və 1 intihara cəhd faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən ötən həftə ərzində 12-si azyaşlı olmaqla 63 nəfər xilas edilib, 21 nəfər təxliyə olunub, 12 nəfər xəsarət alıb, hadisələr zamanı 7 nəfər həyatını itirib.

Seçilən
37
36
ikisahil.az

10Mənbələr