AZ

"Qalatasaray" "Fənərbağça”nın sabiq futbolçusuna "elçi düşdü"

BAKI, 29 dekabr. TELEQRAF

Türkiyətəmsilçisi “Qalatasaray” qış transfer pəncərəsində İtaliyanın “Piza” klubunda çıxış edən 19 yaşlı futbolçu İsak Vuralı heyətinə qatmaq istəyir.

Teleqraf xəbər verir ki, Türkiyə təmsilçisi gənc oyunçu ilə ilkin təmaslara başlayıb.

Transfer xüsusilə baş məşqçi Okan Burukun istəyi ilə reallaşdırılmaq planlaşdırılır.

Xatırladaq ki,Vural cari mövsümdə 9 oyunda 437 dəqiqə meydana çıxaraq 1 məhsuldar ötürmə ilə yadda qalıb. Stokholm doğumlu futbolçu karyerasına “Hammarbi”nin akademiyasında başlayıb, “Benfika” U-15 və U-17 komandalarında çıxış edib, daha sonra “Fənərbağça” və yenidən “Hammarbi”də oynayıb. 2023–24 mövsümündə “Frozinone”dən 4,5 milyon avroya “Piza”ya transfer olunub.

Seçilən
18
21
teleqraf.com

10Mənbələr