AZ

Reper idi, indi baş nazir olmaq istəyir

Nepalda son illərdə güclənən gənclik etirazları ölkə siyasətində ciddi dəyişikliklərə yol açıb. Mart ayında keçiriləcək parlament seçkilərində keçmiş repçi baş nazir postu uğrunda mübarizəyə qatılacaq.

"Unikal" "Reuters"a istinadən xəbər verir ki, Nepalda mart ayında baş tutacaq seçkilər ərəfəsində iki məşhur siyasi fiqur yeni ittifaq yaradıb. Bu ittifaqın, ölkə siyasətinə 30 ildən artıqdır nəzarət edən ənənəvi partiyalara ciddi rəqib olacağı gözlənilir.

Repçi kimi tanındıqdan sonra Katmandu şəhərinin meri seçilən Balendra Şah (Balen)  keçmiş televiziya aparıcısı və siyasətçi Rabi Lamiçxanenin rəhbərlik etdiyi Rastriya Svatantra Partiyasına (RSP) qoşulub. Partiya rəsmilərinin açıqlamasına əsasən, tərəflər seçkilərlə bağlı strateji razılaşma əldə ediblər.

Razılaşmaya görə, 5 mart seçkilərində qələbə qazanılacağı təqdirdə 35 yaşlı Balen baş nazir olacaq, Lamiçxane isə partiya sədri vəzifəsində qalacaq.

Hər iki lider sentyabr ayında korrupsiyaya qarşı keçirilən, “Z nəsli”nin öncüllük etdiyi etirazlar zamanı səsləndirilən tələblərin icrasını əsas prioritet kimi müəyyən etdiklərini bildiriblər. Həmin etirazlar zamanı 77 nəfər həyatını itirmiş, nəticədə baş nazir KP Şarma Oli istefa vermişdi.
 

Seçilən
19
6
unikal.az

9Mənbələr