“ATV” telekanalının iddialı serialı “İki qapı arasında”nın heyətinə daha bir məşhur qatılıb.
“Cebheinfo.az” xəbər verir ki, məşhur aktyor Rəsul Abbasov da ekran işində çəkiləcək.
O, layihədə “Sadiq”in bacısı oğlu “Vəfadar” obrazına həyat verəcək. Qeyd edək ki, “İki qapı arasında”nın baş rollarında Elməddin Cəfərov, Mətanət Əliverdiyeva, Əsmər Rüstəmli, Vəfa İsmayılova və Mətləb Səfərli kimi tanınmışlar çəkilir.