AZ

FHN: Şuşada sürüşərək yolun kənarında qalmış minik avtomobilinin sərnişinlərinə kömək göstərilib

Bakı, 29 dekabr, AZƏRTAC

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Şuşa şəhərində yolların buz bağlaması ilə əlaqədar olaraq vətəndaşların avtomobildə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Şuşa şəhər Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri cəlb edilib.

Yanğınsöndürən-xilasedicilər tərəfindən yolun buz bağlaması səbəbindən sürüşərək yol kənarında qalmış “HYUNDAİ” markalı minik avtomobilinin hərəkəti təmin edilib və sərnişinlərinə müvafiq kömək göstərilib.

 

Seçilən
53
27
azertag.az

10Mənbələr