AZ

Şərurda avtomobil qaz xəttinə çırpılıb, 322 abonent qazsız qalıb

Azertag saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Naxçıvan, 29 dekabr, AZƏRTAC

Naxçıvanda minik avtomobilinin qaz xəttinə çırpılması nəticəsində qaz xətti yararsız hala düşüb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə Şərur rayonunda qeydə alınıb. Belə ki, avtoqəza nəticəsində minik avtomobili qaz xəttini yararsız hala salıb. Təhlükəsizlik səbəbindən Alışar kəndində 322 abonentin qaz təchizatı dayandırılıb.

Bərpa işləri yekunlaşan kimi ərazidə təbii qazın verilişi təmin ediləcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
15
1
azertag.az

2Mənbələr