AZ

Bu tük ölkəsinin keçmiş prezidenti bütün dövlət mükafatlarından məhrum edildi

Qırğızıstanın keçmiş prezidenti Almazbek Atambayev bütün dövlət mükafatlarından məhrum edilib.

Publika.az xəbər verir ki, müvafiq fərmanı respublika rəhbəri Sadır Japarov imzalayıb. Bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.

Atambayevin Qırğızıstan Respublikasının ən yüksək fərqlənmə dərəcəsi olan “Qırğızıstan Respublikasının Batırı” ordenindən, II dərəcəli “Manas” və “Danaker” ordenlərindən, eləcə də “Dank” medalından məhrum edildiyi aydınlaşdırılır.

Sənəddə deyilir ki, Japarov müvafiq fərmanı Bişkek şəhərinin Pervomayski Rayon Məhkəməsinin 3 iyun 2025-ci il tarixli hökmünə uyğun olaraq imzalayıb. Həmin vaxt məhkəmə postsovet ölkəsinin keçmiş liderini əmlakı müsadirə olunmaqla və dövlət mükafatlarından məhrum edilməklə 11 il altı ay müddətinə azadlıqdan məhrum edib.

Qeyd edilib ki, Atambayevin dövlət mükafatlarının müsadirə edilməsi ilə Respublika Baş Prokurorluğunun məhkəmə icraçıları məşğul olacaq. Orden və medallar dövlət mükafatları fonduna köçürüləcək.

Seçilən
28
publika.az

1Mənbələr